• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Yüngül Atletika Federasiyasında seminar

    Yüngül Atletika Federasiyasında seminar keçirilib. Regionlarda atletikanın inkişaf proqramı əsasında təşkil edilən seminarı giriş sözü ilə federasiyanın sədr müavini İntiqam Rəhimov açıb. O, çıxışında son zamanlar Naxçıvan Muxtar Respublikasında bu idman növünün geniş yayıldığını, gənclərin bu sahəyə daha çox maraq göstərdiyini bildirib.
Sonra Azərbaycan Atletika Federasiyasından Naxçıvana gəlmiş məşqçi-müəllimlər, beynəlxalq dərəcəli lektorlar və respublika dərəcəli hakimlər Aqil Paşayev və Ceyhun Hüseynov çıxış ediblər. Hər iki lektor çıxışı zamanı əvvəlcə seminarın mövzuları barədə danışıblar. 

Ətraflı: Yüngül Atletika Federasiyasında seminar

Naxçıvan şəhər birinciliyi keçirilib

         Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Stadionunda “Heydər Əliyev ili” ilə əlaqədar Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında yüngül atletika üzrə birincilik keçirilib. Birincilikdə 17 komandada 150-dən çox məktəbli mübarizə aparıb. Yarış oğlanlar arasında 100, 200, 400, 800, 1500, qızlar arasında isə 100, 200, 400, 800, 1000 metr məsafələrə qaçış üzrə keçirilib. Yarışda Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin komandası birinciliyin qalibi olub. Naxçıvan şəhər 3 və 16 nömrəli tam orta məktəblərin komandaları isə ikinci və üçüncü yerlərə layiq görülüblər. Qalib komandalara Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının hədiyyələri, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub

Kross yarışı keçirilmişdir

       Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə 5000 metr məsafəyə kross yarışı keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının təşkil etdiyi yarışa 400-ə yaxın atlet qatılıb.

        Yarışı Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov açıq elan edərək muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb, atletləri dahi rəhbərin yubileyinə həsr olunmuş idman bayramı münasibətilə təbrik edib.

Ətraflı: Kross yarışı keçirilmişdir

Kross yarışı keçirilib

        İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionunda “2012-ci il idman ilidir” devizi altında muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında yüngül atletika üzrə birincilik keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi birinciliyi Yüngül  Atletika Federasiyasının sədri Rövşən Məmmədov açıq elan edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Yarışın açılış mərasimində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikamızda idmanın inkişafından danışıb.

Ardını oxuKross yarışı keçirilib

“Şən startlar” əyləncəli idman oyunaları keçirilmişdir

        Aprelin 14-15-də Şərur rayon Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Təhsil nazirliyi, Gəclər və İdman nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın şəhər və rayon məktəbləri arasında “Şən startlar” əyləncəli idman oyunaları keçirilmişdir.

      Yarışdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, sonra təşkilatçılar mübarizə aparacaq komandalara uğurlar azulamışlar.

Ardını oxu“Şən startlar” əyləncəli idman oyunaları keçirilmişdir

                                            
                                      

 
015632
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
18
35
110
193
15632

Tarix: 06 -08-2020