• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Hakim və məşqçilərin siyahısı 2015

Naxçıvan MR Yüngül Atletika Federasiyası  2015

    04 mart 2002-ci il tarixdə “Rabitəçi” və “Marafon” yüngül atletika idman klublarının təsis konfransı keçirilmişdir. “Rabitəçi” və “Marafon” yüngül atletika idman klubları  26 mart  2002-ci il tarixdə Naxçıvan Muxtar Respublikası  Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçmiş və onlara uyğun olaraq 23-2002/İ və 22-2002/İ nömrəli şəhadətnamə verilmişdir.

    14 mart 2002-ci il tarixdə “Rabitəçi” və “Marafon” yüngül atletika idman klublarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının təsis konfransı keçirilmişdir.

Ətraflı: Hakim və məşqçilərin siyahısı 2015

Muxtar respublika birinciliyi keçirilmişdir

         5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası və Gənclər və İdman Nazirliyi ilə birgə təşkilatçılığı ilə muxtar respublikanın birinciliyi keçirilmişdir. Birincilikdə muxtar respublikanın bütün rayonlarından, ümumilikdə, 120-yə yaxın idmançı öz gücünü yarış zolaqlarında nümayiş etdirib. Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən yarışda oğlanlar arasında 100, 200, 400, 800, 1500, qızlar arasında isə 100, 200, 400, 800, 1000 metr məsafələrə qaçış üzrə keçirilib.  Yarışın qaliblərinə Yüngül Atletika Federasiyasının diplom və qiymətli hədiyyələri təqdim olunub.

Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub

           Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında müvafiq məsafələrə qaçış üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Azərbaycan Atletika Federasiyasının nümayəndələrinin də iştirak etdiyi birincilikdə Şərur, Babək, Culfa, Ordubad, Kəngərli, Şahbuz, Sədərək və Naxçıvan şəhər komandaları iştirak ediblər. Yarışın əsasnaməsinə görə, hər komandanın heyətində 10 idmançı olub. 40 nəfər oğlan və 40 nəfər qız olmaqla, ümumilikdə, 80 atletin qatıldığı yarış məsafələrə görə müxtəlif olub. Belə ki, oğlanlar 100, 200, 400, 1000 və 1500 metr, qızlar isə 100, 200, 400 və 1000 metr məsafələrə qaçmaqla öz güclərini nümayiş etdiriblər. Bu yarışın keçirilməsində əsas məqsəd məktəblilərin bu sahəyə cəlbinə nail olmaq və qarşıdakı illərdə uğur qazanan idmançıları milli komandanın tərkibinə daxil etməkdən  ibarətdir.

Ətraflı: Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub

                                            
                                      

 
019669
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
32
9
105
713
19669

Tarix: 26 -11-2020