• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Kursantlar arasında kross yarışı üzrə muxtar respublika turniri.

         Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yüngül Atletika Federasiyası və Heydər Əliyev adına Hərbi Liseyin birgə təşkil etdiyi 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Heydər Əliyev adına Hərbi Lisey kursantları arasında 5 kilometr məsafəyə kross qaçışı üzrə turnir başa çatıb. 200-dən çox kursantın iştirak etdiyi turniri keçirməkdə məqsəd muxtar respublikada kursantları bu növə cəlb etmək və Naxçıvanda yüngül atletika üzrə gənclərdən ibarət yığma komandanın heyətini müəyyənləşdirmək idi. 
        Naxçıvan şəhəri – Duzdağ Fizioterapiya Mərkəzinin magistral yolunda baş tutan 
turnirin yekun nəticəsinə əsasən, Qurban Abdullayev təyin edilən məsafəni hamıdan tez qət edərək qalib adını qazanıb. Cəfər Quliyev 2-ci, Nurəddin Buzoyev isə 3-cü pillədə qərarlaşıblar.

Ətraflı: Kursantlar arasında kross yarışı üzrə muxtar respublika turniri.

Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq

30 sentyabr 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında şəhər tam orta ümumtəhsil məktəblərinin oğlan və qız atletləri arasında yüngül atletika üzrə şəhər birinciliyi keçirilmişdir.

        Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və bildirmişdir ki, birinciliyin keçirilmə məqsədi yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onları yüngül atletika idman növünə cəlb etməklə bu idman növünün inkişafına və kütləviliyinə nail olunmaqdır. Sonra Naxçıvan MR Yüngül Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov və Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev çıxış edərək idmançılara uğurlar diləmişlər.

Ətraflı: Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq

                                            
                                      

 
019665
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
28
9
101
709
19665

Tarix: 26 -11-2020