• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Atletlərimizdən uğurlu nəticə

Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının yetirmələri Bakı şəhərində keçirilən Azərbaycan birinciliyində mübarizə aparıblar. 
Həmin tədbirdə Yüngül Atletika Federasiyasının 12 idmançısı böyük uğura imza atıb.
Qızlardan ibarət komandamızın üzvləri Tamella Qurbanova, Telli Abbasova, Xatun Oruclu və İlkanə Babayeva 4x100 metr estafet yarışında ikinci yerə layiq görülüblər. Qızların fərdi yarışında isə Xatun Oruclu 1500 metr məsafədə finiş xəttinə hamıdan öncə çatıb. O həmçinin 800 metr məsafədə ikinci, digər idmançılarımızdan İlkanə Babayeva 800, Sevgi Məmmədli isə 1500 metr məsafələrdə üçüncü olublar.
Oğlanlar arasında fərdi olaraq Səfər Tağıyev 1500 metr məsafədə ikinci, 3000 metr məsafədə isə üçüncü yerə çıxıb.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və ­medallarla təltif olunublar.

İdmançılarımız ölkə çempionatından uğurla qayıdıblar

       Nabran şəhərində kross üzrə Azərbaycan çempionatı keçirilib. Çempionatda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının iki idmançısı mübarizə aparıb. Hər iki idmançımız uğurlu çıxışı ilə yadda qalıb.  Belə ki, 3 kilometr məsafədə mübarizə aparan Cəbrayıl Yunisov ölkə çempionatında bürünc medal qazanıb.    6 kilometr məsafə üzrə keçirilən yarışda isə idmançımız Əmrah Nağıyev bütün rəqiblərini geridə qoyaraq finiş xəttinə birinci çatıb. Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.

“Şən startlar” əyləncəli idman oyunları keçirilir

      Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin təşkilatçılığı ilə məktəblilər arasında “Şən startlar” əyləncəli idman oyunlarına start verilib.

        Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışın açılış mərasimində çıxış edən Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov bildirib ki, muxtar respublikada idmanın inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, idmançılarımız çıxış etdikləri turnirlərdə, yarışlarda böyük uğurlar əldə edirlər. İdmançıların düzgün istiqamətləndirilməsində federasiyaların üzərinə böyük məsuliyyət düşür. Yüngül Atletika Federasiyası da aidiyyatı idman növünün təbliği üçün mütəmadi olaraq yarışlar təşkil edir.
      Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlərin görüldüyünü vurğulayan gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, uşaqların fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada

Ətraflı: “Şən startlar” əyləncəli idman oyunları keçirilir

Muxtar respublika turnirində tələbələr 5 kilometr məsafəni qət ediblər

      Ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız atletləri arasında “Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə muxtar respublika turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi turnirdə atletlər 5 kilometrlik məsafəni qət etməyə çalışıblar.
       Yarışın yekun nəticəsinə əsasən, Ordubad təmsilçisi Əmrah Nağıyev oğlanların mübarizəsində birinciliyi əldə edib. Kərim Quliyev ikinci, Cavid Qasımov üçüncü olub.

Ətraflı: Muxtar respublika turnirində tələbələr 5 kilometr məsafəni qət ediblər

İdmançılarımız Azərbaycan birinciliyinin qalibi olublar

         Bakı şəhərindəki Respublika Olimpiya Mərkəzində yüngül atletika üzrə 2000-2001-ci illər təvəllüdlü oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. 
     13 gün davam edən birincilikdə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının 12 nəfərdən ibarət komandası da iştirak edib. İdmançılarımızın ölkə birinciliyində uğurlu çıxışı diqqətdən yayınmayıb. Belə ki, ən yüksək nəticəni qızlar arasında 1500 metr məsafədə Telli Abbasova göstərib. O, finiş xəttini ikinci keçərək Azərbaycan birinciliyində gümüş medal qazanıb. Gülafət Müslümova isə ilk üçlükdə yer almağa müvəffəq olub. O, komandamıza bürünc medal qazandırıb. 

Ətraflı: İdmançılarımız Azərbaycan birinciliyinin qalibi olublar

                                            
                                      

 
015630
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
16
35
108
191
15630

Tarix: 06 -08-2020