• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Atletlərimizdən uğurlu nəticə

Bakı şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” yarışı keçirilib.
Yarışın keçirilməsində məqsəd idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdən ibarət olub. “Küləyə qalib gəl” devizi altında təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.
Yarışda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının 2 idmançısı da mübarizə aparıb. İdmançılarımızdan Əmrah Nağıyev 23 min insanın iştirak etdiyi marafonda yeddinci, Səfər Tağıyev isə doqquzuncu olub.
Sonda idmançılarımız diplom və medalla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

Atletlərimizdən 3 medal

Göygöl rayonunda yüngül atletikanın kross qaçış növü üzrə Azərbaycan çempionatı keçirilib. Çempionatda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının 4 idmançısı da mübarizə aparıb. 4 kilometr məsafəyə kross qaçışı üzrə keçirilən yarışlarda idmançımız Gülayə Cəfərova finiş xəttinə ikinci çatıb. Eyni uğuru 6 kilometr məsafədə Səfər Tağıyev də qazanıb. Digər idmançımız Əmrah Nağıyev isə 10 kilometr məsafəyə qaçışda qüvvəsini sınayıb və gümüş medal qazanıb.
Sonda idmançılarımız medal və diplomla ­mükafatlandırılıblar.

 

24.04.2019

Yüngül atletika birinciliyi keçirilib

Naxçıvan Muxtar Respublika Stadionunda “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan atletləri аrаsındа yüngül atletika birinciliyi keçirilib.
Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 tam orta məktəbin komandası, hər komandanın tərkibində isə 4 oğlan olmaqla, 68 idmançı iştirak edib.
Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilən yarışda 100 metr məsafədə 10 nömrəli tam orta məktəbin şagirdi Fərid Əsgərli, 200 metr məsafədə 11 nömrəli tam orta məktəbin şagirdi Murad Rəhimov, 400 metr məsafədə 10 nömrəli tam orta məktəbin şagirdi Nihal İmanov, 800 metr məsafədə isə 10 nömrəli tam orta məktəbin şagirdi İsmayıl Abbaslı birinci yerlərə layiq görülüblər.
Komanda hesabında 10 nömrəli tam orta məktəbin komandası birinci, 11 nömrəli tam orta məktəbin komandası ikinci, 13 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Qalib komanda və idmançılara təşkilatçıların diplomları təqdim edilib.

19.04.2019

Yüngül atletika üzrə açıq birincilik keçirilib.

Naxçıvan Muxtar Respublika Stadionunda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin atletləri аrаsındа yüngül atletika üzrə açıq birincilik keçirilib.

Naxçıvan Muxtar Respublika Stadionunda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin atletləri аrаsındа yüngül atletika üzrə açıq birincilik keçirilib.
Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 tam orta məktəbin komandasının 170 idmançısı (5 qız, 5 oğlan) mübarizə aparıb.

Ətraflı: Yüngül atletika üzrə açıq birincilik keçirilib.

İdmançılarımız 3 bürünc medal qazanıblar

8-9 fevral tarixlərində Bakı şəhərində yüngül atletika üzrə Azərbaycan çempionatı keçirilib.
Respublika Olimpiya Mərkəzində keçirilən birincilikdə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının idmançıları da iştirak ediblər.
1500 metr məsafəyə qaçış üzrə yarışda Səfər Tağıyev və Xatun Oruclu bürünc medal qazanıblar. 3000 metr məsafədə isə Əmrah Nağıyev eyni uğuru təkrarlayıb. O, finiş xəttinə üçüncü çatıb.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırılıblar.


                                            
                                      

 
015629
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
15
35
107
190
15629

Tarix: 06 -08-2020