• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Kross qaçışı üzrə muxtar respublika turniri

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında muxtar respublika turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi turnirdə 300-dən çox idmançı Duzdağ Fizioterapiya Mərkəzinin 5 kilometrlik məsafəsində finiş xəttini keçməyə çalışıb. Turnirin açılış mərasimində Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov, Gənclər və İdman naziri Azad Cabbarov çıxış ediblər. Muxtar respublika turnirinin yekun nəticəsinə gəlincə, qızların mübarizəsində qalib adını Aysu Abbasova (“Rabitəçi”) qazanıb. Digər iki pillədə isə Xatun Oruclu (“Rabitəçi”) və Nazlıcan Çakır (Naxçıvan Dövlət Universiteti)qərarlaşıblar. Oğlanların mübarizəsində Əmrah Nağıyev (“Rabitəçi”) finiş xəttinə hamıdan öndə çatıb. Qəşəm Səfərov və Səfər Tağıyev (hər ikisi “Rabitəçi”) isə ikinci və üçüncü olublar. Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 

Naxçıvan Muxtar Respublikası Rabitə və
Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

 

                                            
                                      

 
017352
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
16
21
125
495
17352

Tarix: 19 -09-2020