• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Yüngül Atletika Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib

Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə açan federasiya sədri Rövşən Məmmədov qeyd edib ki, 2019-cu ildə idmançılar 3 beynəlxalq, 3 ölkə, 3 muxtar respublika əhəmiyyətli və 13 rayon birinciliyində öz güclərini sınayıblar. Ötən il ərzində federasiyanın tərkibində “Rabitəçi” və “Marafon” idman klubları da daxil olmaqla, 84 qrup fəaliyyət göstərib. Qrup məşqlərində və yarışlarda iştirak edən idmançıların sayı 1208 nəfər olub ki, bunların 579-nu qızlar, 639-nu isə oğlanlar təşkil edib.

Ətraflı: Yüngül Atletika Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq...

Yüngül atletika üzrə birincilik keçirilmişdir

“10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq noyabrın 12-də ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında yüngül atletikanın qaçış növü üzrə birincilik keçirilmişdir.
120 nəfər tələbənin iştirak etdiyi birincilik 3000 metr məsafəyə qaçış üzrə keçirilmişdir.

Ətraflı: Yüngül atletika üzrə birincilik keçirilmişdir

Atletimizdən böyük uğur

Türkiyənin İstanbul şəhərində “41-ci İstanbul Marafonu” keçirilib.
Marafon İstanbulun Avropa qitəsindən start götürüb, iştirakçılar “15 İyul Şəhidlər Körpüsü”ndən keçərək şəhərin Asiya qitəsinə doğru hərəkət ediblər. 2012-ci ildən bu yana keçirilən, dünyada iki qitə arasında yeganə tədbir sayılan “41-ci İstanbul Marafonu”nu 42 kilometr 195 metr, 8 və 15 kilometr olmaqla üç kateqoriyadan ibarətdir. Marafona 106 ölkədən 140 minə yaxın insan qatılıb.

Ətraflı: Atletimizdən böyük uğur

Atletimiz uğur qazanmışdır

12-13 oktyabr 2019-cu il tarixlərdə Cəlilabad Olimpiya İdman Kompleksində 10 km məsafəyə kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilmişdir. Həmin çempionatda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının idmançısı Nağıyev Əmrah İbrahim oğlu da iştirak edərək uğurlu nəticə ilə çempionatı başa vurmuş, gümüş medalla geri dönmüşdür. İdmançımızı təbrik edir gələcək yarışlarda ona uğurlar arzulayırıq.

Ətraflı: Atletimiz uğur qazanmışdır

İdmançımızdan uğurlu nəticə

Gürcüstanın paytaxtı Tbilisi şəhərində səkkizinci “Tbilisi marafonu” keçirilib.
Xeyriyyə məqsədi daşıyan marafona Gürcüstanla yanaşı, Azərbaycan, Qazaxıstan, Ukrayna, Ermənistan və digər ölkələri də təmsil edən 2700 idmançı iştirak edib. Marafonun start və finiş zonası Tbilisinin mərkəzi Rustaveli prospektində yerləşən 1 saylı gimnaziyanın qarşısında təşkil olunub.
Marafonçular şəhərin mərkəzi yolları ilə 10 və 21 kilometrlik məsafələri qət ediblər. Azərbaycandan “Tbilisi marafonu-2019”-da 30 yaxın iştirakçı mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının üzvü Əmrah Nağıyev də bu marafonda iştirak edib və 10 kilometr məsafəni 8-ci pillədə başa vurub.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.


30.09.2019

                                            
                                      

 
006581
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
7
25
134
588
6581

Tarix: 25 -01-2020